İsrail ordusu Qəzzada HƏMAS-ın 1,5 mindən çox tuneli aşkarlayıb

Qəzza zolağında qarşıdurma başlayandan bəri İsrail ordusu HƏMAS hərəkatına aid 1,5 mindən çox tunel aşkarlayıb...

“Report”un məlumatına görə, bu barədə İsrail Ordusu öz teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, bir çox yeraltı tikililər məktəblər, xəstəxanalar, məscidlər, BMT və mülki idarələrin binalarının altında yerləşib.

Vurğulanıb ki, yüzlərlə tunel aşkar etdikdən və onların bir çoxunu müxtəlif üsullarla məhv etdikdən sonra Ordunun Xüsusi Təyinatlı Qüvvələrinin komandası yeraltı tunellər şəbəkəsində operativ əməliyyatlar aparır.

Poliqon.info