Əziz Orucova əlavə ittiham verilib

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucova əlavə ittiham elan olunub...

Bu barədə APA -ya Əziz Orucovun vəkili Bəhruz Bayramov xəbər verib.

Vəkilin sözlərinə görə, Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əziz Orucov noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işinin açıldığı, onun şübhəli şəxs qismində saxlandığı bildirilib.

Poliqon.info