HƏMAS-ın əlində 130 girov qalıb...

İsrail səfiri: Rusiya vətəndaşlığı olan üç nəfər HƏMAS tərəfində girov olaraq qalır...
“Fələstinin HƏMAS hərəkatının əsirliyində 130-a yaxın girov qalır”.

Poliqon xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib. Səfirin sözlərinə görə, girovlar arasında Rusiya vətəndaşlığı olan üç nəfər də var.

“Düşünürəm ki, İsrail vətəndaşlığı olmayan 11 başqa ölkə vətəndaşı var. Məncə onlardan 3-nün Rusiya vətəndaşlığı var”, deyə səfir “Rossiya 24” telekanalının efirində bildirib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Noyabrın 22-də tərəflər müvəqqəti atəşkəs, o cümlədən girovların azad edilməsi barədə razılığa gəliblər, saziş bir neçə dəfə uzadılıb. Noyabrın 26-da HƏMAS məhbus mübadiləsi siyahısından kənarda bir rus kişini, noyabrın 29-da isə daha iki rus qadını azad edib.

Poliqon.info