ABŞ Senatı Ukraynaya yardımla bağlı razılığa gəlmək fikrindən uzaqdır

ABŞ Senatındakı müzakirəçilər hələ də Ukraynaya yardımla bağlı qərar qəbul edə biləcək bir razılaşma əldə etməkdən uzaqdırlar...

Poliqon xəbər verir ki, bu barədə Senatdakı demokrat çoxluğun lideri senator Çak Şumer The New York Times qəzetinə bildirib.

“Bu razılaşmanı əldə etmək üçün daha çox vaxt lazım olacaq”, deyə Şumer qeyd edib.

Senatpr bildirib ki, danışıqlar problemlərin həlli üçün lazım olana qədər davam edəcək.

Eyni zamanda NYT yazır ki, respublikaçılar senator Şumerə prosesi sürətləndirməyə çağırıblar və hələ qəbul olunmamış qanun layihəsinə öz tərəfini səsverməyə məcbur etməyə cəhd etməməkdə ittiham ediblər.

Poliqon.info