Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib

Bakının Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən 21 mərtəbəli binada başlayan yanğın söndürülüb...

“Yeni Yasamalda binanın altında qeyri-yaşayış obyektində yanğın başlaması ilə bağlı daxil olan məlumat əsasında əraziyə yanğından mühafizə xidmətinin bölmələri cəlb ediliblər”.

Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi Tural Zahidov deyib.

O bildirib ki, ümumi sahəsi 120 kvadratmetr olan qeyri-yaşayış obyektində baş verən yanğının genişlənməsinə imkan verilmədən söndürülüb:

“Bina və mənzillər yanğından mühafizə edilib. Ölüm və xəsarət alan yoxdur”.

***

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.

Poliqon xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.

***

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, “Yeni Yasamal” massivi, Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.Hadisə yerinə yanğınsöndürənlər gəlib

Poliqon.info