Çində baş verən zəlzələ nəticəsində 100-dən çox adam ölüb

Çində 6,2 bal gücündə zəlzələ baş verib. Qansu və Çinxay əyalətlərində azı 111 nəfər həlak olub. 230 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə məlumatı Çin “Sinhua” Agentliyi yayıb.

Agentlik yazır ki, Çin dövlət başçısıs Si Tsinpin insanların axtarışı və xilas edilməsi, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün hər cür səy göstərilməsini əmr edib.

Zələzələ nəticəsində su təchizatı, elektrik enerjisi, nəqliyyat, rabitə və digər infrastruktur obyektlərinə ziyan dəyib. Zəlzələ bölgəsində 1,4 min yanğınsöndürən və xilasedici işləyir.

Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) Qansu əyalətinin Cişişan-Baoan-Dunsyan Salar Muxtar Dairəsində bir neçə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə olub.

Xəbərdə qeyd edilir ki, Fövqəladə hallara cavab tədbirlərinin dörd səviyyəsindən ikincisi tətbiq edilib.

Poliqon.info