Pentaqon: İran Yaxın Şərq regionunda gərginliyi artırır

İran Yaxın Şərq regionunda münaqişənin mümkün eskalasiyasının qarşısını almaq üçün addımlar atmalıdır...

APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.

“Əlbəttə, Birləşmiş Ştatlar müharibə istəmir. Biz İranı eskalasiyanın qarşısını almaq üçün addımlar atmağa çağırırıq”, - Ostin bildirib. Onun sözlərinə görə, İran hazırda radikal qrupları dəstəkləməkdə davam edərək “regionda gərginliyi artırır”.

"Biz münaqişənin Qəzza zolağından kənara yayılmaması üçün çalışırıq", - Ostin vurğulayıb.

Poliqon.info