Hindistanda baş verən güclü zəlzələ qonşu dövlətlərdə hiss olunub 

Hindistanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb...

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakətin episentri 25 minə yaxın insanın yaşadığı Padam şəhərindən 25 km cənub-qərbdə olub. Ocaq 35 km dərinlikdə yerləşir.

Yerli mediada yayılan məlumata görə, təkanlar qonşu Pakistanda və Çində hiss olunub.Hələ ki zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Poliüon.info