Latviya rusiyalıları ölkədən deportasiya edəcək

“Latviya hökuməti yaşamaq icazəsi almaq üçün tələbləri yerinə yetirməyən mindən çox Rusiya vətəndaşını ölkədən çıxarmaq niyyətindədir”...

Bu barədə Latviya Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin nümayəndəsi Maira Rouz məlumat verib.

O qeyd edib ki, ümumilikdə 15,5 minə yaxın Rusiya vətəndaşı Latviyada daimi yaşayış icazəsi almaq üçün müraciət edib.

Poliqon.info