ABŞ-a məlumat sızdıran ispan kəşfiyyatçı Rusiya üzrə mütəxəssis olub

ABŞ səfirliyinin əməkdaşlarına məxfi məlumatları ötürməkdə şübhəli bilinən ispan kəşfiyyatçı Rusiya ilə bağlı məsələlərdə iştirak edib...

Poliqon xəbər verir ki, bu barədə İspaniyanın "El Confidencial" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, məxfi məlumatların sızdırılmasında birinci şübhəlinin komandasının tərkibində İspaniya Milli Kəşfiyyat Mərkəzinin mütəxəssisi olub. İddialara görə, onun Rusiya üzrə ekspert statusu olub. Bu isə kəşfiyyatçını ABŞ üçün xüsusilə dəyərli şəxs edib. Qeyd olunur ki, kəşfiyyatçı ABŞ-a başqa sahələrdən də məlumat verib. Eyni zamanda o, 20 ildən çox ölkəsi üçün çalışıb.

Casusluqda ittiham olunanları vətənə xəyanətə görə 12 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, casus qalmaqalı barədə dekabrın 7-də "El Pais" qəzeti yazıb. Nəşrin məlumatına görə, ABŞ səfirliyinin ən azı iki əməkdaşı casusluğa görə İspaniyadan qovulub. İki ispan agenti məlumat sızdırmaqda şübhəli bilinir. Onlardan birinin - orta rütbəli zabitin vəd edilən külli miqdarda pula görə işə götürüldüyü iddia edilir.

Poliqon.info