Latviya 1000-dən çox Rusiya vətəndaşını deportasiya edəcək

Latviya hakimiyyəti 1000-dən çox Rusiya vətəndaşını ölkədən deportasiya etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bunu Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri Departamentinin (OCMA) rəhbəri Maira Rouz deyib.

“Deportasiya 1000-dən çox insana təsir edəcək. Görürük ki, gecikənlər, hər şeyi yoluna qoymağa cəhd edənlər, müvəqqəti yaşamaq üçün müraciət edənlər çoxdur. Amma təəssüflər olsun ki, onlara getmələrini söyləmək məcburiyyətindəyik, çünki qanunda göstərilən bəndlərin heç biri onlara aid deyil”, deyə qurum rəhbəri bildirib.

OCMA rəhbəri izah esib ki, Rusiya Federasiyasının təxminən 15,5 min vətəndaşı ölkədə daimi yaşamaq üçün müraciət edib, təxminən 3 min rus isə müvəqqəti yaşamaq üçün müraciət ünvanlayıb.

Bundan əvvəl 3,2 mindən çox Rusiya vətəndaşının Latviyanı tərk etməyə məcbur edilə biləcəyi bildirilirdi. Latviyada daimi yaşayan 3255 rusiyalı yeni immiqrasiya qanununun tələblərinə görə ölkəni tərk etməli və ya hansısa formada yaşayış icazəsi üçün müraciət etməli olduqlarını bildirən məktublar alıb.

Poliqon.info