Tramp: Yaxın Şərq və Ukraynadakı vəziyyətə görə ABŞ-ın məsuliyyət daşıyır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, Yaxın Şərqdəki vəziyyət ABŞ-a görə “tamamilə nəzarətdən çıxıb”...

Poliqon xəbər verir ki, bu bu barədə Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, bölgədə dəhşətli şeylər baş verir, lakin ABŞ-ın bunu dayandırmaq üçün gücü var. Traçp həmçinin Rusiya və Ukrayna arasında hərbi münaqişədə ABŞ hakimiyyətini günahlandırıb.

“ABŞ Yaxın Şərqdəki vəziyyətin tamamilə nəzarətdən çıxmasına icazə verdi... Bu vəziyyət güc və dəqiqliklə idarə olunmasa, fəlakətə səbəb ola bilər. Rusiya və Ukrayna ilə bağlı situasiyada belədir”, deyə Tramp yazıb.

Xatırladaq ki, İsrail ilə Fələstinin Həmas hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. Noyabrın sonunda tərəflər bir neçə günlük atəşkəs barədə razılığa gəliblər, lakin dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib. Dünən, dekabrın 17-də Reuters Agentliyinin mənbələri tərəflərin yenidən atəşkəs elan etməyə hazır olduqlarını bildiriblər. The Economist nəşri isə yazıb ki, ABŞ İsraildən Qəzzada müharibəni ilin sonuna qədər dayandırmağı xahiş edib.

Poliqon.info