Anna Malyar: Ukrayna Silahlı Qüvvələrinin qərargahından məxfi məlumatlar sızır

Ukraynanın müdafiə nazirinin keçmiş müavini Anna Malyar ölkə Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının iş otaqlarının birində dinləmə qurğusunun tapılmasını şərh edərkən bildirib ki, artıq hərbi qərargahlardan məxfi məlumatların sızması olub...

Poliqon xəbər verir ki, bu barədə eks-məmur öz Telegram kanalında yazıb.

Malyarın sözlərinə görə, Ukraynada hamı başa düşür ki, dinləmə və informasiya sızması ehtimalı var. Ona görə də ünsiyyət qurarkən bu ehtimal həmişə nəzərə alınmalıdır.

Sabiq nazir müavini qərargahdan məxfi məlumatların sızmasından sonra bir neçə dəfə hərbi sirlərin açıqlandığını da vurğulayıb.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının iş üçün istifadə edə biləcəyi binalardan birində dinləyici qurğunun tapıldığını təsdiqləyib. Qeyd olunur ki, SBU-də "qanunsuz olaraq məlumat əldə etmək üçün xüsusi texniki vasitələr əldə etmə, satma və ya istifadə etmə" maddəsi ilə cinayət işi açılıb.

Poliqon.info