“Dəmir Yumruq” zəfər baletinin premyerası keçirildi

19 iyul 2023-cü il tarixində “Şuşa fatehlərinin zəfər yolu” adlı layihə çərçivəsində “Dəmir Yumruq” zəfər baletinin premyerası keçirildi...

Poliqon xəbər verir ki, layihə “Mədəni Əlaqələrin İnkişafına Dəstək”, “20 yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması”, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” ictimai birliklərinin koalisiyası adından QHT-larına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə keçirlmiş müsabiqədə qalib olmuşdur.

Tədbirdə müharibə iştirakçıları, şəhid ailələri, ictimai xadimlər- Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının prorektoru, əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadə, BMA-nınbəstəkarlıq kafedrasının müdiri, əməkdar incəsənət xadimi Aydın Əzimov, xalq artisti Zümrüd Məmmədova, xalq rəssamıƏşrəf Heybətov və b. Dəyərli simalar iştirak edirdi. LayihəAzərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhu qarşısında 1 dəqiqəlik sükutla başladı. Ardından rəsmi hissədə “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ib sədri, layihə rəhbəri, baletin müəllifi, bəstəkar İlahə Qismət səhnəyə gələrək layihənin əhəmiyyəti, onun ərsəyə gəlməsində əziyyəti olan qurum və şəxslərə minnətdarlıq, həmçinin bəstəkar kimi əsərin yaranma tarixi mövzusunda çıxış etdi. Əsərin libretto müəllifi, əməkdar artistlər Yuri Lobaçev, Ceyhun Qubadov, Müdafiə Nazirliyi nümayiəndəsi, qazi, polkovnik-leytenant Rüfət Məmmədov və “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Qorunması” ib sədri Maral Qocaman da çıxışçılar arasında idi. Daha sonra bədii hissədə Şuşa fatehlərinin zəfər yolunu tərənnüm edən “Dəmir Yumruq” zəfər baleti izləyicilərə nümayiş olundu.

“Dəmir Yumruq” baleti izləyicilər tərəfdən fasiləsiz alqışlar, böyük rəğbət və maraqla qarşılandı. Əsərin beynəlxalq arenada da milli həqiqətlərimizi musiqinin universal dili ilə tərənnüm edəcəyini ümid edirik.