NASA 17 ekzoplanetdə həyatın kimyəvi əlamətlərinin olduğunu ehtimal edir

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) yeni təhlilində kəşf edilmiş 17 ekzoplanetin qalın buz təbəqələri altında yeraltı okeanlara malik ola biləcəyini açıqlayıb...

Poliqon xəbər verir ki, araşdırmanın nəticələri “Astrophysical Journal”da dərc olunub.

NASA hesab edir ki, bu dünyalar, Yupiterin buzlu peykləri kimi, bioimzaları, yəni həyatın kimyəvi imzalarını axtarmaq üçün perspektivli yerlər ola bilər.

Bu planetlərin dəqiq tərkibi qeyri-müəyyən olaraq qalsa da, əvvəlki tədqiqatlardan onların səthi temperaturlarının təxminləri onların Yerdən əhəmiyyətli dərəcədə soyuq olduğunu göstərir. Bundan əlavə, onların hər biri ölçülərinə görə oxşar olmasına baxmayaraq, Yerdən daha kiçikdir

Poliqon.info