Ərdoğanın səfəri zamanı Türkiyə və Macarıstan 16 müqavilə imzalayacaq

Türkiyə və Macarıstan prezident Rəcəb Tayyib Ərdoğanın Budapeştə səfəri zamanı müxtəlif sahələrdə 16 əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə “Anadolu” Agentliyinin məlumatında bildirilir. Qeyd edilir ki, Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünə təsadüf edir.

Səfər zamanı Ərdoğanın Macarıstan prezidenti Katalin Nowak və Baş nazir Viktor Orbanla görüşü gözlənilir. Həmçinin yüksək səviyyəli ikitərəfli strateji əməkdaşlıq şurasının iclası planlaşdırılır.

Eyni zamanda Ərdoğan və Orban Türkiyənin Avropaya inteqrasiyası və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəklər.

Poliqon.info