ABŞ Dövlət Departamenti Şimali Koreyanın raket buraxmasınıı pisləyib

Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın bazar və bazar ertəsi iki ballistik raket buraxılışını pisləyir...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

"Bu buraxılışlar, Pxenyanın bu il həyata keçirdiyi digər ballistik raket buraxılışları kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur. Onlar KXDR-in qonşuları üçün təhlükə yaradır və regional təhlükəsizliyə xələl gətirir", deyə departamentin bəyanatında qeyd edilir.

Metyu Miller ABŞ-ın Şimali Koreyaya qarşı diplomatik yanaşmaya sadiq qaldığını bildirib və Pxenyanı dialoqa qayıtmağa çağırıb.

“Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyimiz sarsılmaz olaraq qalır”, deyə Miller əlavə edib.

Qeyd edək ki, Şimali Koreya bazar ertəsi səhər qısa mənzilli raket buraxdıqdan bir neçə saat sonra qitələrarası ballistik raket buraxıb.

Poliqon.info