Ersin Tatar Rusiya prezidentini Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Rusiya ilə əlaqələri inkişaf etdirmək istədiyini açıqlayıb...

Poliqon xəbər verir ki, Tatar prezident Vladimir Putini müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınan respublika ilə əlaqələr qurmağa və birbaşa aviareyslər açmağa çağırıb. O, arqument kimi Ukraynadakı hadisələri göstərib.

Xatırladaq ki, Kipr 1974-cü ildən etnik zəminə görə bölünüb. Sonra Yunanıstana qoşulmaq tərəfdarları dövlət çevrilişi edib və adanın türk xalqının soyqırımının qarşısını almaq üçünTürkiyə öz qoşunlarını adaya göndərib.

“Bütün ruslara minnətdarlığımı bildirirəm, həmçinin Rusiya hakimiyyətindən və şəxsən prezident Putindən xahiş edirəm ki, Şimali Kiprlə münasibətlər məsələsinə baxsınlar. Mən Rusiya rəhbərliyindən və rus xalqından xahiş etmək istərdim ki, Kiprlə bağlı siyasətinə, xüsusən də Ukraynada baş verənlərdən sonra və dünyada baş verən bir çox qlobal dəyişikliklərlə bağlı siyasətinə yenidən baxsınlar”, deyə Tatar TASS Agentlyinə bildirib. .

Poliqon.info