Şimali Koreyanın bu gecə buraxdığı raket ABŞ-a çata bilər

KXDR tərəfindən buraxılan raket 73 dəqiqə uçuş edib və maksimum 6 min km yüksəklikdə min km məsafə qət edib...

Poliqon xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Departament qeyd edib ki, bu raket 15 min km uçmağa qadirdir.

NHK Yaponiya müdafiə nazirinin müavini Şinqo Miyakenin sözlərinə istinadən xəbər verir bki, buraxılış dayandırılmış trayektoriya üzrə həyata keçirilib. Yaponiya müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, normal trayektoriya ilə raket potensial olaraq döyüş başlığının çəkisi nəzərə alınmaqla ABŞ-ın istənilən nöqtəsinə çata bilər.

Raket Bakı vaxtı ilə saat 3:24-də buraxılıb. O, səhər saat 3:39-da Y Yaponiya dənizindəki eksklüziv iqtisadi zonasından kənarda düşüb. Baş nazir Fumio Kişida dağıntılar barədə məlumatların olmadığını deyib.

Şimali Koreya sonuncu dəfə bir gün əvvəl, dekabrın 17-də raket sınaqdan keçirib. Ballistik raket təxminən 400 km uçub və Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Koreya yarımadasının şərqindəki Yapon dənizinə düşüb.

Poliqon.info