Çin qlobal avtomobil bazarında rekord nəticəyə imza atıb
“LMC Automotive” konsaltinq şirkətinin məlumatına görə, 2023-cü ilin 11 ayının nəticələrinə əsasən, dünyada avtomobil satışı 81 milyon 666 min ədəd (+11%) təşkil edib.
Noyabrda 2 milyon 935 min avtomobilin (+25,5%) satıldığı Çin rekord göstərici ilə avtomobil satışında dünya lideri olaraq qalıb. ABŞ-də 1 milyon 227 min avtomobil satılıb ki, bu da bir il əvvəlkindən 8,9% çoxdur.
Noyabrda Qərbi Avropanın avtomobil bazarlarındakı satış həcmi 1 milyon 105 min avtomobil (+5,5%) təşkil edib.
Şərqi Avropada isə avtomobil satışı 37,6% artaraq 359,1 min ədədə çatıb.Cənubi Amerikada yerli dilerlər 235,4 min avtomobil satıblar ki, bu da ötən illə müqayisədə 5,3% çoxdur.
Həmçinin, dünyanın ən böyük avtomobil bazarları arasında Yaponiyanı (408,1 min ədəd, +8,6%), Cənubi Koreyanı (157,6 min ədəd, +2,7%) və Kanadanı (137,7 min ədəd, +11,8%) qeyd etmək olar.(oxu.az)
Poliqon.info