Macarıstan Bolqarıstanı Şengen vetosu ilə hədələyir

Bolqarıstan Rusiya qazının tranzit haqqını ləğv etməyəcəyi təqdirdə Macarıstan Bolqarıstanı Sofiyanın Avropanın Şengen zonasına daxil olmasına veto qoyacağı ilə hədələyib.

Poliqon APA-ya istinadən xəbər verir ki,bu barədə News BG məlumat yayıb.

Bolqarıstanın xarici işlər naziri Peter Siyarto deyib: "Biz bolqarlara açıq şəkildə bildirdik ki, əgər onlar Macarıstanın enerji təhlükəsizliyini uzun müddət təhdid edərlərsə, o zaman biz onların Şengenə qoşulmasına veto qoyacağıq".

O əlavə edib ki, Macarıstan tranzit rüsumu götürülən kimi vetonu ləğv edəcək.

Poliqon.info