MSK prezidentliyə namizədləri qeydə almağa hazırlaşır

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədləri qeydə almağa hazırlaşır.

“Report”un xəbərinə görə, bu barədə qurumun sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

“Növbədənkənar prezident sekçilərində namizədlərin qeydə alınması üçün prosesə başlayacağıq”, - o bildirib

MSK sədri deyib ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri tarixi seçkilərdir: “Ərazilərimiz bərpa edildikdən sonra bütün ölkə ərazisində ilk dəfə seçkilər keçiriləcək. Ona görə də bu seçkiləri tarixi seçkilər adlandırmaq olar”.

Poliqon.info