Xankəndi yolunda PFL rəsmilərinin düşdüyü qəza ilə bağlı təfərrüat

Bu gün səhər saatlarında Ağdam-Xankəndi yolunda Peşəkar Futbol Liqasının rəsmilərinin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mikroavtobusu idarə edən Rasim Qafarlı yolu tanımadığı üçün naviqasiya tətbiqindən istifadə edib. 

Məlumata görə, qəzaya düşən zaman sürücü avtomobili 90 km/saat sürətlə idarə edib. 

Hadisə zamanı avtomobil yol nişanı quraşdırılmış dirəyə çırpılıb.

Poliqon.info