Alla Puqaçova Rusiya sərhədçiləri tərəfindən bir saat dindirilib

Müğənni Alla Puqaçova Rusiyada gömrükdə təxminən bir saat dindirilib...

Poliqon xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb. Xəbərdə qeyd edilir ki, noyabrın 2-də vətənə qayıdan müğənni Alla Puqaçova Rusiyada gömrükdə bir saata yaxın dindirilib.

Nəşr dindirilmənin eksklüziv görüntülərini dərc edərək qeyd edib ki, sərhədçilər sənətçinin gəlişinin məqsədini və qayıdış vaxtını dəqiqləşdiriblər.

Puqaçovayla nəzakətlə davranınıb, amma “Mash” vurğulayır, o narahat olub. İfaçı Rusiyaya buraxılmayacağından qorxub. O, sərhədçilərə xaricdəki həyatından danışıb və qeyd edib ki, xaricdə yaşamaq həm maddi, həm də mənəvi cəhətdən çətindir.

Qeyd edək ki, 2022-ci ilin yazında Ukrayna müharibəsi başlayandan sonra sənətçi ailəsi ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. 2023-cü ilin may ayında modelyer Valentin Yudaşkinlə vidalaşmaq üçün Moskvaya uçub. Bu il noyabrın əvvəlində müğənni bir neçə günə yenidən Rusiyaya gəlib.

Sənətçinin Rusiyaya niyə qayıtması ilə bağlı bir neçə versiya var. Bir sıra KİV-lər müğənninin əlavə vəsiyyətnamə tərtib edərək övladları Liza və Harri ilə bağlı sənədləri götürmək niyyətində olduğunu iddia ediblər. Bəzi iddialara görə isə Puqaçova Rusiyaya yeni mahnı yazdırmaq üçün gəlib.

Poliqon.info