Hafiz Paşayev: "Tədris proqramı və dərsliklər daim yenilənməlidir"

ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, tədris edilən proqram və dərsliklər daim yenilənməlidir...

O, bu barədə Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

Rektorun sözlərinə görə, ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq lazım deyil. Yaradıcı vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdədir.

"Sürətlə dəyişən dünyada tədris edilən proqram və dərsliklər daim yenilənməli, tədris materialları gerçək həyata yaxınlaşdırılmalıdır. Gənclərin müasir texnologiyalara həvəsini nəzərə alaraq təhsildə interaktiv metodların və yeni alətlərin istifadəsi tımin olunmalıdır", - o vurğulayıb.

Poliqon.info