Beyləqanda uşaq bağçasında yanğın olub

Beyləqan şəhərində ikimərtəbəli uşaq bağçasında yanğın olub...

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Beyləqan şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və 4 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (17-si uşaq olmaqla) təhlükəsiz əraziyə təxliyə olunub.

Bağça yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Poliqon.info