Paşinyan və Overçuk kommunikasiyaların açılmasını müzakirə ediblər...

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Bbaş nazirinin müavini Aleksey Overçuku qəbul edib...

Poliqon Ermənistanın news.am portalına istinadən xəbər verir ki, görüşdə Ermənistannın Baş nazirinin müavini Mqer Qriqoryan da iştirak edib.

Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi çərçivəsində Ermənistan-Rusiya münasibətlərinin aktual məsələlərini müzakirə ediblər. Həmçinin Ermənistan və Rusiya, eləcə də Aİİ formatında qarşılıqlı fəaliyyət məsələlər müzakirə olunub.

Görüşdə Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması imkanları da diqqət mərkəzində olub.

Paşinyan qeyd edib ki, Ermənistan Nazirlər Kabineti “Sülh kəsişməsi” layihəsini təqdim edib və suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regional nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.

Poliqon.info