Yaponiyada sahilə on tonlarla balıq çıxıb və ölüb

Yaponiyanın qərbindəki Şima şəhərində yerləşən Nakiri limanında on tonlarla balıq sahilə çıxıb...

Poliqon xəbər verir ki, bu barədə yerli “Yomiuri” qəzeti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bütün sahil xətti uzunluğu 20 santimetrə qədər, ümumi çəkisi 85 ton olan sardina balıqları ilə örtülüb. Sima sakinlərinin dediyinə görə, onlar əvvəllər sahildə bu qədər böyük balıq cəmləşməsi görməyiblər. Baş verənlərin əsas versiyası odur ki, sardina sürüsü daha böyük yırtıcının hücumuna məruz qalıb və bu da onları oksigen çatışmazlığı olan dayaz suya üzməyə məcbur edib.

Hadisənin səbəbini müəyyən edən mütəxəssislər sahil yaxınlığındakı dəniz suyunda zəhərli plankton tapmayıb və bu fenomeni qlobal istiləşmə ilə əlaqələndiriblər.

Nəticədə sardinaların bir hissəsi yerli balıqçılar tərəfindən ekskavatorlar vasitəsilə çıxarılıb. Bununla belə, sahil hələ də balıqlarla örtülüb, onların müəyyən bir hissəsi artıq çürüməyə başlayıb.

Qeyd edilir ki, Yaponiyada analoji vəziyyət dekabrın əvvəlində baş verib.

Poliqon.info