Ukrayna 2030-cu ilə qədər Aİ-yə daxil ola bilməyəcək

Ukrayna 2030-cu ilə qədər, hətta daha uzun müddətə Aİ-yə üzv ola bilməsi imkansız görünür...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Times qəzeti Avropa İttifaqı liderlərinin görüşünün nəticələrini şərh edərkən yazıb.

Məqalənin müəllifləri qeyd ediblər ki, Serbiya, Albaniya və Bosniya da daxil olmaqla, digər ölkələr də Aİ-yə üzv olmaq üçün hazırdır. Ukraynanın tez bir zamanda Avropa Birliyinə qəbul edilməsi bu dövlətlərə qarşı ədalətsizlik olacaq və narazılıq yarada bilər. Üstəlik, bu cür hərəkətlər son onilliklərdə Aİ-də ən böyük dəyişikliklərə səbəb olacaq. Axşam Moskva

Qeyd edək ki, dünən Aİ-nin Brüsseldə keçirilən sammitinin iştirakçıları Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəliblər.

Poliqon.info