İtaliya, Fransa və Almaniya birlikdə yeni tank istehsal edəcəklər

İtaliya, Fransa və Almaniya MGCS tanklarının istehsalı üçün Avropa ittifaqın yaradıblar...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Defence News” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, İtaliyanın “Leonardo” şirkəti və Franko-Alman konsorsiumu KNDS Avropada yeni nəsil tankların hazırlanması və istehsalı üçün sənaye ittifaqı yaradacaq.

“Yeni ittifaq əsas yerüstü döyüş sistemi kimi tanınan, çoxdan elan edilmiş və çox gecikdirilmiş Avropa döyüş tankı proqramında İtaliyanın iştirakını təşviq etməyə, habelə İtaliyanın sifariş etdiyi yeni “Leopard” tankları üzərində işlərin əlaqələndirilməsinə diqqət yetirəcək”, deyə nəşr yazır.

Eyni zamanda, ittifaqın yaradılması məqsədi həqiqətən Avropa müdafiə qrupu yaratmaq və əlavə olaraq yerüstü elektronika sahəsində daha sıx əməkdaşlıq etmək istəyi kimi formalaşdırılır.

Müqavilə çərçivəsində İtaliya hökumətinin tükənmiş zireh ehtiyatlarını artırmaq üçün aldığı yeni alman “Leopard 2 A8” tanklarının istehsalına nəzarət edəcək. İtaliya 133 “Leopard”tankı almaq niyyətindədir.

Poliqon.info