Rusiyanın Budanovu hansı ittihamla axtarışa verdiyi məlum olub

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov Rusiyada Cinayət Məcəlləsinin 4 maddəsi ilə axtarışa verilib...

Poliqon xəbər verir ki, bu barədə "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov Telegram kanalında bildirib.

Roqovun sözlərinə görə, Budanova Kiril qarşı "Terror fəaliyyətinə açıq çağırışlar", "Terror fəaliyyətinin təşviqi", "Terrorçu birliyin təşkili və orada iştirak" və "Qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə" maddələri ilə iş açılıb.

Bu maddələrə əsasən, Kiril Budanovu Rusiyada ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasının İstintaq Komitəsi Kiril Budanovu qiyabi olaraq terror aktları törətməkdə, o cümlədən Rusiya ərazisində pilotsuz uçuş aparatlarından istifadə etməkdə ittiham edib.

Poliqon.info