Danimarka Ukraynaya 7 milyardlıq hərbi yardım paketi təqdim edəcək

Danimarka üç il ərzində Ukraynaya 7 milyard kron (1 milyard dollardan çox) dəyərində yeni hərbi yardım paketi vermək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə "Politiken" qəzeti ölkə hökumətinə istinadən məlumat yayıb.

Səlahiyyətlilərə görə, bu, artıq Kiyev üçün 14-cü yardım paketidir. Bundan əlavə, Kopenhagen Ukraynaya Danimarka sənayesindən məhsulların birbaşa alınması üçün 1,75 milyard kron (253 milyon dollardan çox) ayıracaq.

"Ukrayna Fondundan sənayeyə 2024-cü ildə 1 milyard kron (144 milyon dollardan çox), 2025-ci ildə 500 milyon kron (72 milyon dollardan çox) və 250 milyon kron (36 milyon dollardan çox) məbləğində vəsait ayrılacaq", deyə hökumətdəki mənbə bildirib.

Qeyd edək ki, hazırda Avropa İttifaqıbnın 2024-cü ilin əvvəlində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım ayırmaq qərarı müzakirə olunur. Hələlik Macarıstanın baş naziri Viktor Orban Aİ-nin bu məsələ ilə bağlı qərarına veto qoyub. Lakin Alyans ölkələri Macarıstandan yan keçərək yardımın ayrılacağına ümid edir.

Poliqon.info