ABŞ İsraili Qəzza zolağında əməliyyatın intensivliyini azaltmağa çağırıb

Ağ Ev: ABŞ İsraillə Qəzzada əməliyyatın intensivliyini azaltmağı müzakirə edir...

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.

Ağ Evdən bildirilib ki, ABŞ İsraillə Qəzza zolağında hərbi əməliyyatı müzakirə edir və onu hərbi əməliyyatların intensivliyini azaltmağa çağırır.

Sallivanın sözlərinə görə, hazırda iki ölkə arasında kəşfiyyat məlumatlarını rəhbər tutaraq daha az intensivliyə malik, lakin daha yüksək dəyəri olan hədəflərə daha məqsədyönlü əməliyyatlar həyata keçmək zərurəti ilə bağlı dialoq gedir. Bununla belə, İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzada əməliyyatın yeni mərhələsinə keçidinin mümkün tarixlərini göstərilməyib.

Poliqon.info