Ötən gün vətəndaşlardan 5 qumbara, 24 tüfəng təhvil götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 5 qumbara, 24 tüfəng təhvil götürüb...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd qumbara, 24 ədəd müxtəlif markalı tüfəng və 98 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Poliqlon.info