İstilik sobasında partlayış olub: Xəsarət alan var

Ağdaş şəhərində bədbəxt hadisə baş verib...

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Türyançay qəsəbəsində olub.

Belə ki, fərdi yaşayış evində “İran sobası”nda partlayış baş verib.

Nəticədə 1983-cü il təvəllüdlü Əşrəf Firidun oğlu Məmmədov bütün bədənin termiki yanıq diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Poliqon.info