General Milli Zalujnının F-16-nı tez çatdırmaq tələbinə gülüb

2023-cü ilin yazında kəşfiyyat məlumatlarının sızmasından sonra o vaxt ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinə rəhbərlik edən Mark Milli Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnıya zəng edərək üzr istəyib. Söhbət zamanı ukraynalı general Kiyevə açıqlanan sənədlərdə olmayan F-16-ların verilməsini təklif edib.

Poliqon The Washington Post qəzetinə istinadən xəbər verir ki, Milli cavabında gülüb.

Qəzetin yazdığına görə, Zalujnı bu sızıntının Ukrayna üçün faydalı ola biləcəyini təklif edib. “Bu necə olacaq”, deyə Milli ondan soruşub. “Bizə mümkün qədər tez F-16 göndərin”, deyəZalujnı cavab verib. WP-nin Ukrayna rəsmiləri arasında olan mənbəsi amerikalı generalın bundan sonra güldüyünü bildirib.

Qəzetin qeyd edib, Ukrayna prezidenti Vladimir Zelenski “məxfi məlumatların sızmasına gülüş səbəbi kimi baxmağa o qədər də meylli olmayıb”. Zelenski həmçinin bildirib ki, sızma ABŞ-ın reputasiyasına xələl gətirəcək.

Qeyd edək ki, Pentaqonun gizli məlumatları, o cümlədən Rusiya-Ukrayna münaqişəsi ilə bağlı məlumatlar 2022-ci ilin fevral ayından sosial şəbəkələrdə yayılıb, lakin media bu sızıntını yalnız 2023-cü ilin yazında aşkar edib. Buna görə əqsirləndirilən şəxs ABŞ Hərbi Hava Qüvvələrinin leytnantı Cek Teyşeyra olub.

Poliqon.info