Azərbaycan noyabrda OPEC kvotasını 72 % istifadə edib

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barel olub

Poliqon-nun Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 492 min barelini xam neft, 117 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 71,9 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Poliqon.info