Maya Sandu: Rusiya bizi şantaj və təhdid edir...

Moldova prezidenti Maya Sandu Rusiya ilə dostluq əlaqələrini istisna etdiyini bildirib....

Poliqon xəbər verir ki, prezident bu barədə Kişinyov telekanalı "Vocea Basarabiei"yə (Bessarabiyanın səsi) müsahibəsində danışıb.

Maya Sandu Moldovanın və onun vətəndaşlarının maraqlarına hörmət edən ölkələri tərəfdaş ölkələr sırasına daxil edib. Prezidentə görə, bunlar dost və tərəfdaş ölkələrdir.

"Rusiya bizi şantaj və təhdid edir. Ona görə də dost və tərəfdaş ölkələr siyahısında ola bilməz", deyə Maya Sandu bildirib.

Qeyd edək ki, bundan əvvəl Moldova Rusiyanı dost olmayan ölkələr siyahısına salıb. İki ölkə arasında siyasi problemlərlə yanaşı, qaz borcu da qalmaqala səbəb olub. "Qazprom"un tələb etdiyi məbləğlə Moldova tərəfi razılaşmır.

Moldova bir gün əvvəl Dnestryanı bölgənin reinteqrasiyasının yeni müstəviyə keçdiyini açıqlayıb. Baş nazirin müavini Oleq Serebryanın sözlərinə görə, reinteqrasiya prosesi dayanmayıb, amma ləng gedir. Onun sözlərinə görə, hazırda Dnestryanıda Moldova qanunları tədricən tətbiq edilir və genişləndirilir.

Poliqon.info