Senat Ukraynaya yardımla bağlı razılaşmaya yaxınlaşıb

Senator Mörfi Ukraynaya yardım sazişi ilə bağlı maksimal yaxınlaşma olduğunu açıqlayıb...

ABŞ Konqresində Demokratlar və Respublikaçılar arasında Ukraynaya hərbi yardımın ayrılmasına imkan verəcək sərhədlə bağlı razılığın əldə olunması üçün aparılan danışıqlar uğurlu nəticəyə mümkün qədər yaxındır.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşr xəbər verir ki, bunu ABŞ Demokratlar Partiyasından olan respublikaçılarla danışıqlara rəhbərlik edən senator Kris Mörfi deyib.

“Hələ tam razılaşma yoxdur, lakin düzgün istiqamətdə irəliləməyə davam edirik. Düşünürəm ki, bu, hər kəsin şəhərdə qalmasının və bunu etməsinin başqa bir səbəbidir. Bu gün dünənkindən daha yaxınıq və milad tətilinə getməzdən əvvəl bunu bitirməliyik. Hələ ilin sonuna qədər bunu başa çatdıra bilməməyimiz üçün heç bir səbəb yoxdur. Biz bunu etməliyik”, deyə konqresmen qeyd edib.

Senator sazişin təfərrüatlarını açıqlamayıb, lakin müstəqil konqresmen Kirsten Sinema və respublikaçı senator Ceyms Lankfordla birlikdə ABŞ prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşdüyünü vurğulayıb. Mörfi əlavə edib ki, hər bir tərəf güzəştə getməyə hazır olduğunu nümayiş etdirib.

Poliqon.info