“Qarabağ”– “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun təyinatları bəlli olub.

Poliqon Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, FIFA referilərindən Elçin Məsiyev “Turan Tovuz” – “Zirə”, Rauf Cabarov isə “Səbail” – “Qəbələ” matçını idarə edəcək.

“Qarabağ”– “Neftçi” görüşü isə Rəvan Həmzəzadəya tapşırılıb.

Azərbaycan Premyer Liqası

XVII tur

14 dekabr (cümə axşamı)

15:30. “Kəpəz” – “Sumqayıt”Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy RəhimovVAR: Rəşad ƏhmədovAVAR: Vüsal MəmmədovHakim-inspektor: Vüsal ƏliyevAFFA nümayəndəsi: Rüfət ƏmirovTovuz şəhər stadionu

15 dekabr (cümə)

15:00. “Araz-Naxçıvan” – “Sabah”Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli ƏliyevHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: Elçin Mehtiyev“Dalğa Arena”

13:00. “Səbail” – “Qəbələ”Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin ƏliyevHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Anar Şixəliyev“ASCO Arena”

16 dekabr (şənbə)

18:00. “Turan Tovuz” – “Zirə”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran ƏliyevHakim-inspektor: Asim XudiyevAFFA nümayəndəsi: Elman MusayevTovuz şəhər stadionu

18 dekabr (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi”Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal UmudluHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Aslan ŞahgəldiyevTofiq Bəhramov adına Respublika Stadionu

Poliqon.info