İlon Mask Texasda universitet açmağı planlaşdırır

Biznesmen İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmaq niyyətindədir...

Poliqon xəbər verir ki. bu barədə Bloomberg Agentliyi sahibkarın xeyriyyə təşkilatı olan Fondun sənədlərinə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, bu layihənin dəyəri 100 milyon dollar təşkil edəcək.

Bloomberg-in məlumatına görə, İlon Mask ilk olaraq ibtidai və orta məktəb şagirdləri üçün məktəb tikməyi planlaşdırır. Məktəb təbiət elmləri və mühəndislik fənlərini bir proqramda birləşdirərək STEM sisteminə yönəldiləcək. Daha sonra məktəbin bazasında praktiki təhsilə önəm verən universitetin açılması nəzərdə tutulur. Buraya simulyasiyalar, nümunə araşdırmaları, istehsal və dizayn layihələri daxildir.

Təhsil müəssisəsinin qurulması üçün ərizə 2022-ci ilin oktyabrında ABŞ Daxili Gəlir Xidmətinə təqdim edilib və 2023-cü ilin martında təsdiqlənib.

Bloomberg qeyd edir ki, İlon Mask ilk dəfə təhsil müəssisəsi açmır. O, təxminən 10 il əvvəl o, SpaceX-in Kaliforniya şəhərciyində beş uşağı və şirkət işçilərinin bir neçə övladı üçün özəl məktəb yaradıb.

Poliqon.info