Beyləqanda yol qəzası zamanı sürücü ölüb - Foto

Beyləqanda sürücünün ölümü ilə nəticələnən qəza baş verib...

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı idarəetməni itirərək divara çırpılıb.

Müxtəlif dərəcəli xəsarət alan 29 yaşlı sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

##galery##

Poliqon.info