Qəzza üçün atəşkəs qanun layihəsini rədd edən 10 ölkənin adı açıqlandı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib...  

Misir tərəfindən irəli sürülən və 100 ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi 193 üzvü olan BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi fövqəladə sessiyasında səsə qoyulub.

Qətnamə layihəsi 23 səs bitərəf, 10 səs əleyhinə, 153 səs lehinə olmaqla qəbul edilib.

Layihənin əleyhinə səs verən ölkələr isə Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ olub.(Haber Global)

Poliqon.info