HƏMAS BMT-nin dərhal atəşkəs tələb edən qətnaməsini dəstəkləyib

HƏMAS sözçüsü əl-Rişq BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməsini dəstəkləyib...

Fələstinin radikal HƏMAS hərəkatı BMT Baş Assambleyasının (GA) Qəzza zolağında dərhal atəşkəs haqqında qətnaməsini alqışlayır.

Poliqon xəbər verir ki, bunu hərəkatın Siyasi Bürosunun üzvü İzzat ər-Rişq bildirib. Müvafiq mesaj hərəkatın Telegram kanalında dərc olunub. Məlumatda qeyd edilir ki, Ər-Rişq BMT-nin humanitar atəşkəs tələbini alqışlayıb.

"Biz beynəlxalq ictimaiyyəti işğalçıya təzyiq göstərməyə davam etməyə çağırırıq ki, İsrail qətnaməni yerinə yetirsin və xalqımıza qarşı təcavüzünü dayandırsın", deyə HƏMAS sözçüsü bildirib.

Qeyd edək ki, dekabrın 13-nə keçən gecə BMT Baş Assambleyası İsrail və HƏMAS arasında münaqişə zonasında təcili humanitar atəşkəs, eləcə də bütün girovların ilkin şərt olmadan azad edilməsi tələbi ilə qətnamə qəbul edib. Misir və Mavritaniyanın təklif etdiyi sənədi 153 ölkə dəstəkləyib, 10 ölkə əleyhinə, 23 ölkə isə bitərəf qalıb.

Poliqon.info