Moskvada təxminən son 60 ilin rekordu qırılacaq

Moskvada qarın hündürlüyünə görə yeni rekord tezliklə qırıla bilər...

Poliqon xəbər verir ki, bu barədə "Roşidromet"in vəziyyət mərkəzinin rəhbəri Yuri Varakin bildirib.

"Artıq düşmüş yağıntının miqdarı ilə bundan sonra yağacaq qar 1966-cı ilin rekordunu qıracaq", deyə o, RT ilə söhbətində bildirib.

Varakinin sözlərinə görə, dekabrın 15-nə keçən gecə cənub Balkan siklonu Moskvaya və regiona yaxınlaşacaq. Qarın hündürlüyünə gəlincə, bundan əvvəlki mütləq rekord 1966-cı ildə qeydə alınıb. Həmin ilin dekabrın 15-də Rusiya paytaxtına 17,3 sm yağıntı düşüb.

"İndi 10-dan 14 sm-ə qədər, bəlkə də Moskva bölgəsində daha çox qar düşəcək. Bundan sonra istənilən miqdarda əlavə qarın hündürlüyünə görə rekordumuz olacaq", deyə Varakin bildirib.

Sinoptik bildirib ki, dekabrın 17-dən Moskva Atlantik siklonunun gəlişi fonunda istiləşəcək, qar əriyəcək və hündürlüyü azalacaq.

Qeyd edək ki, sinoptiklərin proqnozlarına görə, Moskvada həftənin ikinci yarısında havalar isinməyə başlayacaq, amma uzunmüddətli qar yağacaq.

Poliqon.info