Senator: Ukrayna Krımdan əvvəlki vəziyyətə qayıtmayacaq

Kanzas ştatından olan respublikaçı amerikalı senator Rocer Marşall Ukraynanın Krımdan əvvəlki vəziyyətinə qaytarılması ideyasını qeyri-real adlandırıb...

Poliqon The Hill nəşrinə istinadən xəbər verir ki, Rocer Marşallın sözlərinə görə, Vaşinqton Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün sülh müqaviləsinə diqqət yetirməlidir.

"Amma Ukraynanın Krımdan əvvəlki vəziyyətinə qayıtması fikri, məncə, heç də real deyil. Mən Ukraynaya rəğbət bəsləyirəm. Yenə də respublikaçılardan Ukrayna ilə nə edəcəyinizlə bağlı 49 rəy alacaqsınız. Amma bilirsiniz, biz sərhədi qoruyana qədər bu müzakirələr belə başlamayacaq", deyə Marşall ABŞ Konqresindən Kiyevə yardım ayırmasını şərh edərkən bildirib.

Marşall qeyd edib ki, senatorlar hətta Ukraynaya yardımı müzakirə etməmişdən əvvəl ölkənin cənub sərhədlərinin təhlükəsizliyini razılaşdırmalıdırlar.

Dekabrın 9-da Ukraynanın müdafiə naziri Krımı geri qaytarmaqla bağlı planlardan danışıb. O, jurnalistlərə bildirib ki, Ukrayna hakimiyyətinin 2024-cü ildə yarımadanın öz nəzarətinə keçməsi ilə bağlı müəyyən hədəfləri var.

Poliqon.info