ABŞ Ukraynanı maliyyələşdirməyə davam etmək üçün riskli yola baş vura bilər

Pentaqon Ukraynanı ABŞ ehtiyatlarından silahlarla təmin etməyə davam edə bilər...

Pentaqon, silahların yeniləri ilə əvəzlənməsi üçün pul gözləmək ümidi ilə Ukraynaya ABŞ-ın ehtiyatlarından 4,6 milyard dollar dəyərində hərbi texnika göndərə bilər.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Nəşrin yazdığına görə, hərbi texnikanın dərhal dəyişdirilməsinə zəmanət vermədən Ukraynaya tədarükün davam etdirilməsi qərarı Kiyevi maliyyələşdirməyə davam etmək üçün riskli həll yoludur.

“Ehtiyatlardan müttəfiqlərə göndərilən avadanlığın dəyişdirilməsi üçün qanuni tələb yoxdur”,deyə Bloomberg yazır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müdafiə üzrə analitiki Mark Cancian nəşrə bildirib ki, nəzəri olaraq, Müdafiə Nazirliyi ehtiyyatdakı silah-sursatı əvəz edəcək pul olmasa belə, müttəfiqlərinə silah və sursat göndərməyə davam edə bilər.

“PDA vasitəsilə verilə bilən faktiki fiziki avadanlıqdır, maliyyə tələb etmir Bir sıra səbəblərə görə qanun layihəsini bu ay qəbul etmək daha yaxşı olardı, lakin biz onu gələn aya qədər gözlədə bilərik”, deyə Senatın Silahlı Qüvvələr Komitəsindən respublikaçı Rocer Uiker bildirib.

Bununla belə, bu ssenari üzrə Ukraynaya silah göndərilməsini davam etdirmək qərarı Pentaqonu onsuz da uzun sürən müdafiə müqavilələrinin bağlanması prosesini çətinləşdirmək riskini qəbul etməyə məcbur edəcək və ya göndərilən silahlar dəyişdirilməyəcək.

Bundan əvvəl The Washington Post qəzeti yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfərinin uğursuz olub. Bildirilir ki, ABŞ Konqresi Kiyevə 61 milyard dollar məbləğində əlavə yardımın ayrılması qərarını təsdiqləməyib.

Poliqon.info