Rusiya-Farer adaları müqaviləsi Danimarkanı “axmaq vəziyyətə” qoyub

Rusiyanın Ukraynadakı müharibəsi fonunda Moskva ilə Farer adaları (Danimarka Krallığının muxtar ərazisi) arasında balıqçılıq müqaviləsinin uzadılması Danimarkanı “axmaq vəziyyətə” qoyub...

Poliqon xəbər verir ki, bunu Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Flemminq Splidsboel “Danmarks Radio”ya müsahibəsində bildirib.

Əvvəllər bu müqaviləyə o qədər də əhəmiyyət verilmirdi, indi isə kollektiv Qərbin bir çox ölkəsinin Rusiya ilə münasibətlərini kəsdiyi bir mərhələdə anlaşmanın müddəti uzadılıb.

Flemminq Splidsboel qeyd edib ki, balıqçılıq müqaviləsinin uzadılması Danimarka üçün problemdir və Farer adaları Rusiya Federasiyası ilə əvvəlki kimi münasibətlərini davam etdirdiyi üçün krallığı "”xmaq vəziyyətə” salır.

Bu ilin oktyabrında məlum olub ki, “Rosrıbolovstvo” Rusiya hökumətinə balıqçılıq müəssisələrinin müdafiəsi tədbirlərinə cavab olaraq Farer adalarından ölkəyə balıq məhsullarının idxalına qadağa qoyulmasını təklif edib. Bundan əvvəl Rosrıbolovstvo rəhbəri İlya Şestakov bildirmişdi ki, agentlik Qara dənizdə balıq tutan balıqçılar üçün subsidiya proqramı hazırlayır.

Poliqon.info