Amerika qoşunlarının Ukraynaya göndərilməsi istisna edilmir

Konqresmen Qrin: ABŞ hakimiyyəti Ukraynaya Amerika qoşunlarını göndərə bilər...

ABŞ hökuməti Ukraynada hərbi əməliyyatları davam etdirməkdə maraqlıdır, ona görə də Rusiya Silahlı Qüvvələri ilə qarşıdurma üçün ölkənin hərbi personalını münaqişə zonasına göndərə bilər.

Poliqon xəbər verir ki, bunu Amerika Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin X platformasında yayımlanan onlayn çıxışı zamanı qeyd edib.

Qanunverici Vaşinqtonun məqsədlərindən birinin Ukrayna münaqişəsini uzatmaq olduğunu vurğulayıb. Lakin onun fikrincə, Ukrayna nə vaxtsa hərbi xidmətə yararlı kişi çatışmazlığı ilə üzləşə bilər. Bununla bağlı konqresmen bildirib ki, belə bir vəziyyətdə Birləşmiş Ştatlar döyüş bölgəsinə öz əsgərlərini göndərə bilər.

Qrin Vaşinqtonun Moskva və Kiyev arasındakı qarşıdurmaya Amerika Müdafiə Nazirliyinin şıltaqlığı ucbatından cəlb olunduğunu da açıqlayıb. ABŞ Konqresinin aşağı palatasının üzvü qeyd edib ki, Pentaqon dünyada hərbi münaqişələrin qarşısını almaq missiyasını öz missiyası hesab edir və eyni zamanda xaricdə hərbi əməliyyatlarla məşğuldur.

Poliqon.info