IDF: Hizbullah Livandakı BMT obyektlərinin 130 metrliyindən İsrailə atəş açıb

İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullah yaraqlılarının ölkəyə hücum etdiyini bildirib...

Poliqon xəbər verir ki. açıqlamaya görə, hücum BMT-nin Livandakı bina kompleksinin 130 metrliyindən atılan raketlərdən istifadə edilməklə həyata keçirilib.

“Hizbullah BMT obyektlərinin yaxınlığındakı ərazilərdən atəş açmağa davam etməklə, sistematik olaraq BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur və BMT sülhməramlılarının həyatını təhlükəyə atır”, deyə İsrail hərbçilərinin bəyanatında deyilir.

Qeyd olunur ki, atışma qurğularından təxminən 150 metr aralıda məktəb də olub.

Bu gün səhər saatlarında İDF Suriya və Livandan onun birliklərinə atəş açıldığını elan edib. İDF-in Telegram kanalında xəbər verilir ki, İsrail ordusu cavab zərbələri endirib.

Poliqon.info